PDF Oxu

Siyasət

  • 23

"Multikulturalizm və kitab" mövzusunda konfrans keçirilib

"Multikulturalizm və kitab" mövzusunda konfrans keçirilib

Konfransda "Multikulturalizm" jurnalının təqdimat mərasimi olub

Dünən Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə "Multikulturalizm və kitab" mövzusunda konfrans və "Multikulturalizm" jurnalının təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açıb. O, tədbir iştirakçılarını salamlayaraq, tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 mart 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair Tədbirlər Planının 21-ci bəndinə müvafiq olaraq keçirildiyini bildirərək, kompleks tədbirlərin regionlarda da keçiriləcəyini söyləyib.

Atatürk Mərkəzinin müdiri, Milli Məclisinin deputatı Nizami Cəfərov, Bakı Beynəlxalq Multikulturalizm Məzrkəzinin Analitik şöbəsinin müdiri Nəriman Qasımzadə, Yazıçılar Birliyinin katibi, "525-ci" qəzetin redaktoru Rəşad Məcid, Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, "Multikulturalizm" ədəbi-bədii, elmi-publisistik jurnalının baş redaktoru Fəxri Uğurlu, yazıçı-publisist Sədaqət Kərimova və bşqaları çıxışlarında Azərbaycanın multikulturalizm ənənələri ilə bütün dünyanın diqqətini cəlb etdiyini, multikulturalizmin Azərbaycan mədəniyyətinin cövhəri olduğunu, xalqımızın mədəniyyətində, başqa xalqlara münasibətində əsrlər boyu davam edib gələn bir anlayış olduğunu bildiriblər.

Konfransın ikinci hissəsində məruzələr dinlənilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu İnformasiya Təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı, Bilik Fondunun əməkdaşı Reyhan Yusifqızı, Multikulturalizm Mərkəzinin Analitik şöbəsinin müdiri Nəriman Qasımzadə, Milli Kitabxananın şöbə müdiri Adil Abdullayev və başqaları çıxışlarında multikulturalizm və kitabxana işi, kitabxanalara tətbiqindən danışıblar.

Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış "Azərbaycanda multikulturalizm" elektron məlumat bazası təqdim edilib.

Sonda tədbir iştirakçıları "Multikulturalizm Azərbaycanın həyat tərzidir" adlı kitab sərgisi ilə tanış olublar.

ZÜMRÜD

Digər xəbərlər