PDF Oxu

Siyasət

  • 24

Siyavuş Novruzov etik davranış qaydalarından danışdı

Siyavuş Novruzov etik davranış qaydalarından danışdı

"Milli Məclisdə bir-birimizə hörmətlə yanaşmalıyıq"

"Neçə ildir Milli Məclisdə çalışırıq. Hər kəsə söz verilir, danışır və vaxtı bitir. Hər bir çıxışa reaksiya da ola bilər". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov parlamentdə millət vəkillərinin etik davranış qaydalarına münasibət bildirərəkən deyib. Komitə sədrinin sözlərinə görə, parlament sədri istənilən məsələyə müdaxilə etmək hüququna malikdir və edir: "Burada gərək etika qaydalarına riayət edək. Azərbaycanda mövcud adət-ənənə, böyük-kiçik məsələsi var. Milli Məclisdəki əvvəlki vəziyyətləri görmüşük. Deyirsiz ki, həmin dövrə qayıdaq? Fikir bildirdin bitdi. Hər kəs deyə bilməz ki, bu fikir düzdür. Hər kəsin öz fikri var. Bir-birimizə hörmətlə yanaşmalıyıq. Söz verildi, danışırıq, mikrofon söndüsə, deməli söhbət bitdi. Yoxsa, hər kəs yerdən bir söz desə onda Milli Məclis hansı vəziyyətə düşər? Ona görə də gələcəkdə bu məsələləri nəzərə almalıyıq".

sia.az

Digər xəbərlər