PDF Oxu

Siyasət

  • 30

Aqil Abbas: “Ordumuz regionun ən güclü ordusudur”MÖVQE

Aqil Abbas: “Ordumuz regionun ən güclü ordusudur”MÖVQE

"Azərbaycan ordusu həm maddi-texniki bazası, həm də döyüş qabiliyyətinə görə, regionun ən güclü ordusudur. Bunu biz deyil, dünyada hərblə məşğul olan mütəxəssisləri deyir". Bu fikirləri SİA-ya Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas 26 İyun- Silahlı Qüvvələr günü münasibətilə bağlı danışarkən deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Müdafiə Sənayesi Nazirliyinin yaradılması ordumuzun qüdrətinə qüdrət gətirib: "Bunun sayəsində Azərbaycan bir çox dövlətlərin edə bilmədiyini edir. Ölkəmizdə silah və hərbi avadanlıqlar istehsal olunur. Xüsusilə də pilotsuz təyyarələrin istehsalı digər ölkələr üçün nümunədir. Ordumuz özü-özünü təmin edən ordu sıralarına daxildir ki, bu da bizim üçün çox vacibdir. Birdən müharibə oldu və kimsə bizə silah vermədi? Dünya təcrübəsində dəfələrlə belə hallara rast gəlinib. Belə olan halda, ölkəmiz silah-sursatla bağlı heç kimdən asılı olmayacaq".A. Abbas qeyd edib ki, Azərbaycanın Türkiyə ilə tank istehsalı ilə bağlı müqaviləsi var ki, yaxın müddətdə o da reallaşacaq.

Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olaraq tez-tez hərbi hissələrdə olduğunu deyən millət vəkili söyləyib ki, ordumuzun əhval-ruhiyyəsi, qidalanması, şəraiti çox yüksək səviyyədədir: "Bu ruh yüksəkliyinin nəticəsi idi ki, apreldə bir neçə günlük döyüşlərdə Azərbaycan ordusu ermənilərin layiqli cavabını verərək mühüm mövqeləri əldə etmiş oldu".

sia.az

Digər xəbərlər