PDF Oxu

Siyasət

  • 20

"Ordumuz Qarabağda üç rəngli bayrağımızı dalğalandıracaq" MÜNASİBƏT

"Ordumuz Qarabağda üç rəngli bayrağımızı dalğalandıracaq" MÜNASİBƏT

"Tarixi mənbələrdən oxuduğumuz kimi babalarımız 1918-ci ildə hansı əzab-əziyyət milli ordumuzu yaradıblar. Gərgin əmək nəticəsində 40 minlik nizami ordu formalaşdı". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Adil Əliyev deyib.Deputat 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə hər kəsi təbrik edib: "Bu, ordu qısa zaman ərzində Qarabağ və digər bölgələrdə düşmənlərin təmizlənməsi əməliyyatını uğurla həyata keçirdi. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan cənubi Qafqazın ən güclü ordusuna malikdir. 2-5 aprel hadisələri ordumuzun hansı gücə malik olduğunu göstərdi. Həmin ərəfədə düşmən darmadağın olunmaqla yanaşı, hələ də psixoloji cəhətdən özünə gələ bilmir. İnşallah inanırıq ki, ordumuz gec-tez Qarabağda üç rəngli bayrağımızı dalğalandıracaq".

sia.az

Digər xəbərlər