"Ümumiyyətlə, Xədicə İsmayıl heç kimə heç bir təzyiq edə bilməz. Çünki onun təzyiq edəcək səviyyədə gücü yoxdur". Bunu SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət deyib.Onun sözlərinə görə, sadəcə olaraq bu kimi adamlar mütləq şəkildə Azərbaycanı gözüm-çıxdıya salmağa çalışırlar: "Onların qarşısına bu vəzifə qoyulub. Xədicə İsmayıla qarşı istənilən xoşməramlı addım heç bir fayda verməyəcək. Çünki o hər dəfə əlinə fürsət düşən Azərbaycan qarşı qarayaxma kampaniyası aparmağa cəhd edəcək. Hesab edirəm ki, artıq ona baş qoşmağın mənası yoxdur. Xədicə İsmayılın öz yolu var və o öz seçimini edib".A.Həsrət əlavə edib ki, Xədicə İsmayılın bağlı olduğu və yaxud arxasınca süründüyü ABŞ və digər Qərb ölkələri qanunun aililiyini həmişə bizə diqtə etmək istəyirlər: "O adamlar Xədicəyə deməlidirlər ki, qanun çərçivəsində sənə qarşı tədbir görülüb və güzəştlər edilib. Əgər bunu demirlərsə və Xədicə İsmayıl özü də bir şey fikirləşmirsə deməli bu onların şəxsi işləridir. Önəmli olan odur ki, Azərbaycan xoşməramlı iradəsini ifadə edib.
sia.az