"Ümumiyyətlə Gültəkin Hacıbəyli öz getdiyi yolu, əvvəllər sərgilədiyi mövqeyi tamamən bəlli qurumlara, radikal müxalifətə satmış adamdır. Bu adam haqqında nə qədər fikir söyləsək də, olub keçənləri çözsək də Hacıbəyli düzələn xislətə malik deyil". Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.Əli Kərimlinin məsələsinə gəldikdə isə millət vəkili bildirib ki, AXCP sədri sadəcə olaraq virtual partiyanın sahibidir: "O virtual partiyada istər 3, istərsə də 5 müavin olsun bu heçnəyi dəyişməyəcək. Çünki AXCP havada, üfiqdə, göylərdə olan bir partiyadır. Yəni onun reallıqla əlaqəsi yoxdur. Ümumiyyətlə Əli Kərimli elə savadsız,uğursuz siyasətçidir ki, o həmin uğursuzluqdan ətrafına da bir pay düşür. Onun həbsdə olan müavinləri var. Axı Əli Kərimlinin hansı müavini onun işinə yarıyıb ki, Gültəkin Hacıbəyli də eyni mövqeni tutsun. Sadəcə olaraq məsələ ondadır ki, Əli Kərimlinin ətrafında müəyyən insanlar olub. Onlar Ə.Kərimlinin əsl sifətini gördükləri üçün oranı tərk ediblər. Görünür Əli Kərimli normal adam deyil ki, onun ətrafında da bir nəfər də olsun adam qalmır. Həmin adamlar ya oradan küsüb, ya da ki, partiyaya "tüpürüb" gedirlər. Gültəkin Hacıbəylinin dərdi isə yalnız gündəmdə olmaqdır. O insanın bu gün əlində tək resurs "Azadlıq" qəzetidir".
sia.az