"Böyük Britaniyanın da Avropa İttifaqından çıxmasından sonra qurumun dağılması haqqında layihə artıq gündəmə gəlib". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, ABŞ özünü nə qədər canıyanan göstərsə də, bütün bunlar bir növ Amerikanın layihəsidir: "Çünki istər-istəməz avronun hər zaman dolları üstələməsi biznes dairələrini narahat edirdi. Təbii ki, bunu İngiltərənin əli ilə etmələri də təsadüfi deyil. Çünki ABŞ-da ən böyük lobbi ingilislərdir. Heç şübhəsiz ki, atılan bu addımın ardı da gələcək. Hamıya bəllidir ki, Avropa İttifaqı nə federativ kimi federativ idi, nə də ki, konfederasiya idi. Yəni onun prezidentinin heç bir rolu yox idi. Yəni parlamentin, AŞPA-nın qəbul etdiyi qərarlar tövsiyyə xarakteri daşıyırdı. Amma ingilislərlə yanaşı, bundan narazı olanlar da var. Yəni bundan sonra Hollandiya, Danimarka, Macarıstan hətta Fransanın özü belə bu qurumdan çıxa bilər. Bu təsadüfi olan bir şey deyil. Bunlar hamısı qabaqcadan düşünülüb. Avropa İttifaqının dağılma ehtimalı çox yüksəkdir. Təbii ki, buna qarşı qüvvələr də var. Xüsusilə nəzərə alsaq ki, Çin, Rusiya Federasiyası bu işdə maraqlıdır".
sia.az