"Rusiya regionda vəziyyətin nəzarətdən çıxmasından çəkinir. Çünki aprelin əvvəlindəki döyüşlər göstərdi ki, müharibə başlayacağı təqdirdə ən çox itirən tərəflərdən bir də Ermənistanla yanaşı, Rusiya olacaq". Bu fikirləriSİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında müharibə olacağı təqdirdə Rusiyanın mövqeləri ciddi şəkildə zəifləyəcək: "Bu baxımdan Rusiya münaqişənin tənzimlərinməsi istiqamətində müəyyən addımların atılmasında maraqlıdır. Əks təqdirdə təşəbbüsü regionda marağı olan digər dövlətlər ələ ala bilər. Hazırkı məqamda Putinin münaqişənin tənzimlənməsi ilə bağlı müəyyən maraqları var".Politoloq Rusiya prezidentinin Dağlıq Qarabağ münqaişənin danışıqlarının nəticələri ilə bağlı ABŞ və Fransa prezidentlərinə zəng edəcəyi haqda xəbərlərə münasibət bildirib: "Prezidentlətin Peterburq görüşü ərəfəsində Rusiyanın ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrini proseslərdən kənarda saxladığı haqda məlumatlar yayıldı. Putin sözügedən addımı addımı bu istiqamətdə formalaşmış rəyləri dağıtmaq üçün atacaq. O, həm də bəyan etdi ki, münaqişənin tənzimlənməsi ATƏT formatında həyata keçiriləcək. ABŞ və Fransa prezidentlətinə zəng etməklə isə onların bu proseslərdə mövcud olduqlarını bildirmək istəyir. Bir daha qeyd edim ki, Rusiya bütövlükdə təşəbbüsü özündə saxlamaqla münaqişənin tənzimlənməsində maraqlıdır".
sia.az