PDF Oxu

Siyasət

  • 17

Politoloq: “Ərdoğan Rusiyadan üzr istəmədi, sadəcə...“AÇIQLAMA

Politoloq: “Ərdoğan Rusiyadan üzr istəmədi, sadəcə...“AÇIQLAMA

"Düşünürəm ki, Rusiya-Türkiyə münasibətləri düzəlməli idi. Çünki onları birləşdirən bir çox maraqlar var". Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.O bildirib ki, xarici siyasətdə dostluq və ya düşmən münasibətləri ümumi maraqlardan sonra gəlməlidir: "Çox təəssüf ki, hər iki ölkənin dövlət başçılarının öz ambisiyalarına uyğun şəkildə hərəkət etməsi, Rusiya və Türkiyənin iqtisadiyyatına kifayət qədər mənfi təsir etmiş oldu Türkiyə tərəfindən Rusiya təyyarəsinin vurulmasından sonrakı proseslər qardaş ölkənin turizminə böyük zərbə vurmaqla yanaşı, həm Rusiyada olan bir sıra Türk şirkətləri iflasa uğradı, həm də kənd təsərrüfatı və digər məhsullara embarqo qoyuldu. Bütün bunlar hər iki ölkənin ziyanına idi. Bundan başqa bölgədə meqa layihələr var ki, sözügedən ölkələr arasında gərgin münasibət onların həyata keçməsində maneələr yaradırdı. Bu baxımdan iki ölkə arasında münasibətlərin düzəlməsi istiqamətdə müvafiq addımlar atılırdı".Türkiyə Prezidentinin Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlaması ilə bağlı fikirlərini bildirən A. Nağıyev söyləyib ki, nədənsə bəzi analitiklər bu məsələyə fərqli yanaşaraq bunu qardaş ölkənin prezidentinin üzr istəməsi kimi qiymətləndirdilər: "Amma bu heç də belə deyil. Sadəcə olaraq Ərdoğan Türkiyə tərəfindən vurulan təyyarənin pilotunun ailəsindən üzr istəyərək bildirmək istədi ki, belə bir insident baş verməyə bilərdi".Politoloqun fikrincə, Türkiyə Rusiya arasında münasibətlər arasında gərginlik uzun müddət davam edə bilməzdi: "Rusiya ilə NATO arasında müəyyən gərginlik var. Türkiyənin də NATO-nun üzvü olduğunu nəzərə alsaq, düşünürəm ki, bu cür gərginlik Rusiyaya lazım deyil. Bundan başqa, Qərbin hərtərəfli sanksiyasına uğrayan Rusiya Türkiyə ilə münasibətini bərpa etməklə müsbət addım atmış olar. Bu gün Qərb eyni zamanda Türkiyə qarşı da qeyri-adekvat addımlar atır. Belə olan halda onun Rusiya kimi tərəfdaşı itirməsi düzgün sayılmaz. Məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məhz bu məsələləri nəzərə alaraq, iki dövlət arasında münasibətin qurulması üçün addımlar atır".Rusiya-Türkiyə münasibətlərinin müsbət məcraya yönəlməsinin Azərbaycana təsirinə gəlincə A. Nağıyev söyləyib ki, sözügedən ölkələr arasında münasibətlərin yaxşı olması ölkəmiz üçün çox önəmlidir: "Rusiyanın NATO ilə əlaqələri nə qədər gərgin olsa da, NATO ilə Türkiyənin sərhəd xətti Ermənistandan keçir. Ermənistanla bizim münasibətlərimiz gərgindir. Türkiyə bu məsələdə bizi dəstəkləyir. Belə bir məsələdə Rusiya ilə Türkiyənin birgə addım atması çox müsbət haldır. Eyni zamanda Rusiya böyük dövlətdir və Azərbaycanın həmin ölkə ilə həm hərbi, həm iqtisadi, həm də digər sahələrlə bağlı geniş əlaqələri var. Bu baxımdan Rusiya ilə Türkiyə arasında münasibət nə qədər müsbət məcraya yönəlsə, o qədər Azərbaycan bundan öz xeyrinə istifadə edə bilər. Hazırda Azərbaycan regionda həyata keçirilən böyük layihələrin iştirakçısıdır. Həmin layihələrin həyata keçirilməsi baxımından da Rusiya Türkiyə arasında münasibətlərin yaxşı olması çox önəmlidir".

sia.az

Digər xəbərlər