PDF Oxu

Siyasət

  • 9

Qubada "Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü" münasibəti ilə tədbir keçirilib

Qubada "Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü" münasibəti ilə tədbir keçirilib

YAP Quba rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü" münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon gənclər idarəsi, təhsil işçiləri və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri, rayon narkomaniya qarşı mübarizə komissiyasının sədri Yusif Abidov bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlardan danışaraq, "ağ ölüm" kimi az qala bütün dünyanı ağuşuna alan bu sosial bəladan hər il çoxlu sayda insanın dünyasını dəyişdiyini bildirib. Qeyd edib ki, dünyanın bir dövləti kimi Azərbaycan da narkomaniyanın acı nəticələrindən böyük ziyan çəkir:"Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər görür, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir. Bu gün narkomaniya ilə bağlı mövcud olan problemlər daim nəzarətdədir və narkomanlığın yayılması, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizədə davamlı işlər aparılır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin "Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nın (2013-2018-ci illər)" təsdiq edilməsi haqqında imzaladığı Sərəncam ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin təşkilinə xüsusi təkan verib".

Tədbirdə çıxış edən Quba rayon ağsaqallar şurasının sədri Həsən Günəşli qanunsuz dövriyyədə olan narkotiklərin aşkar edilməsindən, narkotiklərin qəbulunun insan orqanizmi üçün zərərli nəticələrindən və belə hallara qarşı ölkəmizdə, eləcə də Quba rayonunda aparılan profilaltiki tədbirlərdən danışıb.

Tədbirdə çıxış edən Quba rayon təhsil şöbəsinin müdiri Loğman Müslümov, həkim-narkoloq Elçin Yarməmmədov qeyd ediblər ki, müstəqil Azərbaycan dövlətinin gələcəyi olan gənclərimizin hərtərəfli inkişaf etdirilməsi, onların sağlam düşüncəli, yüksək intellektual səviyyəli, əsl vətənpərvər kimi yetişməsi üçün cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalıdır.

NƏZAKƏT

Digər xəbərlər