Dünən 26 İyun Silahlı Qüvvələr Günün münasibəti ilə Tərtər rayon icra hakimiyyəti YAP Tərtər rayon təşkilatçılığı ilə rayonda yerləşən hərbi hissələrdə tədbirlər keçirilib. Əvvəlcə hərbi hissələrin şəxsi heyətlə iş üzrə komandir müavinləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrik məktubu oxunub.
Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgər və zabitləri təbrik edərək, çətin və şərəfli işlərində uğurlar arzulayıb. Bildirilib ki, ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq, son illərdə silahlı qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənmiş, ordumuzun maddi-texniki bazası gücləndirilmiş və döyüş qabiliyyəti artmışdır: "2-5 aprel döyüşləri bir daha sübut etdi ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, "Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var". Ordu və xalq birliyi vəhdət təşkil edir. Məhz bu birliyin nəticəsində aprel döyüşlərində düşmənə qalib gəldik, bir neçə strateji əhəmiyyətli yüksəklikləri ələ keçirdik. Bu gün Azərbaycan əsgərlərinə, bizə qələbə sevincini yaşatdıqları üçün "çox sağ olun" deyirik. İnanırıq ki, tezliklə Azərbaycan bayrağı işğal altında olan ərazilərimizdə də dalğalanacaqdır."
Sonda bir qrup hərbi xidmətdə fərqlənən əsgər və zabitə Fəxri Fərmanlar, qiymətli hədiyyələr və hərbi hissələrə bayram sovqatı təqdim olunudur.
Tədbir rayon mədəniyyət evinin hazırladığı konsert proqramı ilə davam etdirilibdir.
Ü.ƏSGƏROV