PDF Oxu

Siyasət

  • 26

BAXCP rəsmisi: “Əli Kərimli heç vaxt müxalifətin lideri ola bilməyəcək” AÇIQLAMA

BAXCP rəsmisi: “Əli Kərimli heç vaxt müxalifətin lideri ola bilməyəcək” AÇIQLAMA

"Əli Kərimli heç vaxt müxalifətin önündə gedən lideri ola bilməyəcək. Müxalifətdə olan şəxslər yaxşı bilir ki, buna heç Kərimlinin xarakteri də imkan verməz. Əli Kərimli şəxsi ambisiyalarla yaşayan və istənilən məqamda dostlarına, yoldaşlarına öz əqidaşlarına xəyanət edən birsidir. Heç kim Əli Kərimliyə inanmır". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, öz maraqlarına hər kəsi qurban verməyi bacaran adamdan lider ola bilməz: "Bu 25 ildə Əli Kərimli müxalifətə ne qədər xəyanət edib. 2005-ci il parlament seçkilərinə müxalifət bütün əməkdaşları ilə birgə saziş imzaladı ki, parlamentə qatılmayacaq. Ancaq MSK Əli Kərimlini və bir neçə şəxsi deputat mandatı qazandığını elan edən kimi, Əli Kərimli öz imzasına "tüpürərək" gedib Milli Məclisə qatıldı. Kim belə şəxsə inanar? Odur ki, hamı yaxşı bilir ki, Əli Kərimli öz lideri Əbülfəz Elçibəyə xəyanət etmiş adamdır. Belə bir adam indi özünü müxalifət sayır".

sia.az

Digər xəbərlər