PDF Oxu

Siyasət

  • 22

Bilik Fondunda "Multikulturalizm" jurnalının təqdimatı oldu

Bilik Fondunda "Multikulturalizm" jurnalının təqdimatı oldu

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Yaradıcılıq Fondunun birgə nəşri olan "Multikulturalizm" jurnalının təqdimatı olub.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev ölkə başçısının Azərbaycanda multikulturalizmin yaşaması, bu meyillər və ideyaların güclənməsi, ictimaiyyətdən daha çox dəstək alması ilə bağlı fikirlərinə istinad edərək, xalqımızın tolerantlıq ənənələrindən söz açıb.

Jurnalın baş redaktoru Fəxri Uğurlu, Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhtçisi Rəşad İlyasov, Amerika Yəhudiləri Yardım Təşkilatının sədr müavini Rav Zamir İsayev, Milli Kitabxananın şöbə müdiri Adilə Abdullayeva, BSU-nun dosenti Mübariz Əhmədov və başqaları Azərbaycanın multikultural dəyərlərinin təbligində və geniş yayılmasında dərginin böyük rol oynayacağına inandıqlarını bildirib, maraqlı təkliflər irəli sürüblər.

NƏZAKƏT

Digər xəbərlər