İyun ayının 28-də Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanında həyata keçirilən terror aktı nəticəsində 41 nəfər insanın ölümü, 150 nəfərin yaralanması ilə nəticələnən hadisəyə öz etirazlarını bildirmək üçün Nəsimi rayon gəncləri Türkiyənin Azərbaycan Respublikasındakı Səfirliyi qarşısında bir araya gəldilər. Aksiyada terror zamanı həlak olanların xatirəsi yad edilmiş, yaralananlara şəfalar dilənmişdir. Nəsimi rayon gəncləri terror aktını pisləyən şüarlar səsləndirmiş, Azərbaycan xalqının hər zaman Türkiyənin yanında olduğunu bildirilmişdirlər. Daha sonra gənclər səfirliyin qarşısına gül dəstələri qoymuşlar.
Ü.ƏSGƏROV