"Ümumiyyətlə Etibar Məmmədovun Azərbaycan Milli İstiqlal Partiyasına (AMİP) sədrliyə qayıtması gündəmdə deyil". Bunu SİA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov deyib.AMİP rəsmisinin sözlərinə görə, Etibar Məmmədov partiyanın lideridir və ən yüksək statusdadır. AMİP-in qurultayının gecikməsinə gəlincə isə bu, sırf texniki xarakter daşıyır. Sentyabr ayı ərzində qurultay baş tutacaq. Təbii ki, bunun üçün ilk növbədə partiyanın Mərkəzi Şurası çağırılmalıdır. Ümumiyyətlə qurultay geniş səlahiyyətlərə malikdir. Orada bir çox məsələlər müzakirə oluna bilər. Partiyanın sədri seçiləcək, təşkilatı məsələlərə baxılacaq, partiyanın Nizamnaməsinə, proqramına dəyişikliklər olacaq".
sia.az