Məndə heç bir şübhə yoxdur ki, İstanbulda Atatürk Hava Limanında və Mersində baş verən partlayışlar müəyyən dairələrin təhriki ilə həyata keçirilən terror aktlarıdır. Terror hadisəsini İŞİD boynuna götürsə də, onun tam iştirakını təsdiq etmək mümkün olmayıb. Ona görə, güman edirəm ki, bu, Türkiyəni təkləmək siyasətinin bir hissəsidir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.O qeyd edib ki, terror hadisələrində Türkiyənin bəzi dövlətlərlə münasibətlərinin normallaşmasını istəməyən qüvvələrin barmağı var: "Terror hadisələri məhz Türkiyənin Rusiya və İsraillə münasibətlərini normallaşdırdığı vaxt törədildi. Ciddi şəkildə qorunan hava limanına basqın edib, belə böyük terror aktını həyata keçirmək İŞİD və ya PKK kimi terror təşkilatlarının tək başına görəcəyi iş deyil. Burada mütləq ikinci bir qüvvənin əli var".
sia.az