"İnanmıram ki, Rusiya xarici işlər naziri (XİN) Sergey Lavrov Fransa XİN rəhbəri ilə hansısa ortaq məxrəcə gəlsinlər. Sadəcə bu kimi görüşlər görüntü xatirinə baş tutur. Çünki Fransanın proseslərə heç bir ciddi təsiri yoxdur. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Fransanın təsir imkanları yox dərəcəsindədir". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.Sədrin sözlərinə görə, heç kimə sirr deyil ki, Fransanın Ermənistanla xüsusi münasibətləri var: "Ola bilsin ki, rəsmi İrəvanı hansısa məsələdə razılığı gətirmək üçün Fransanın təsir imkanlarından istifadə etsinlər. Ümumiyyətlə Ermənistan heç bir halda hansısa kompromisə getmək fikrində deyil. Ötən gün ATƏT-in sədri, Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayer Ermənsitanda idi və orada rəsmi İrəvanın XİN rəhbəri Edvard Nalbadyanla görüşdü. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Nalbadyan dedi ki, ümumiyyətlə danışıqlar masası üzərində Dağlıq Qarabağın hansısa formada Azərbaycanın tərkibində qalması ilə bağlı heç bir müzakirə aparılmır. Yəni burada Ermənistan birmənalı şəkildə öz mövqeyini qoyur".
sia.az