PDF Oxu

Siyasət

  • 17

Aydın Mirzəzadə: “Rusiya-Türkiyə münasibətləri dostluğa məhkumdur” MÜNASİBƏT

Aydın Mirzəzadə: “Rusiya-Türkiyə münasibətləri dostluğa məhkumdur” MÜNASİBƏT

"Türkiyə prezidentinin üzrxahlıq məktubu və Rusiya dövlət başçısının qardaş ölkənin rəhbərinə zəng etməsi bu ölkələr arasında münasibətlərdəki əngəllərin aradan qaldırıldığını deməyə əsas verir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, Rusiya Türkiyə münasibətləri ancaq dostluğa məhkumdur: "Çox təəssüf ki, ötən ilin noyabrında Türkiyə-Rusiya arasında xoşagəlməz hal yaşandı və dünya onların soyuq münasibətinin şahidi oldu. Amma çox keçmədi hər iki lider özündə güc taparaq bu münasibətləri normallaşdırmaq qərarına gəldilər. Belə ki, ticarət və turist axını qadağalarının aradan götürülməsi, birgə siyasi bəyanatların verilməsi, eyni zamanda hər iki ölkə nümayəndələrinin dilindən düşmənçilik ritorikasının götürülməsi sevindirici haldır. Ümid edirəm ki, Türkiyə və Rusiya münasibətlərində bir daha köhnə dövrə qayıdış olmayacaq. Çünki, dünyanın bir çox ölkələrində vəziyyət məhz Türkiyə-Rusiya münasibətlərindənasılıdır ".Türkiyə-Rusiya münasibətlərinin normallaşmasını pozmağa çalışan qüvvələrin olduğunu deyən millət vəkili qeyd edib ki, Azərbaycan hər iki ölkənin dostu olaraq onlar arasında münasibətlərin normallaşmasını alqışlayır və bunun yüksələn xətlə getməsini arzulayır: "Çox təəssüf ki, bu gün Türkiyə-Rusiya münasibətlərinin normallaşmasına sevinməyən, buna qara eynəklə baxmaq istəyənlər də tapılıb. Amma reallıqda Rusiya və Türkiyə yenidən dostluqlarını bərpa etmək qərarına gəlib. Azərbaycan da öz növbəsində bu münasibətlərin daha da yaxşı olmasına öz töhfəsini verəcək".

sia.az

Digər xəbərlər