PDF Oxu

Siyasət

  • 33

Türkiyə-Rusiya: buzlar əriyir MÖVQE

Türkiyə-Rusiya: buzlar əriyir MÖVQE

"İki ölkə arasında münasibətlərin yaxşılaşmasında Azərbaycanın rolu böyükdür"

"Son günlər Türkiyə və Rusiya arasında olan soyuq münasibətlər normallaşmaq üzrədir. Bu ölkələr arasında münasibətlərin yaxşılaşması ölkəmiz üçün müstəsna əhəmiyyətə malikdir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.Onun sözlərinə görə, Rusiya ilə Türkiyə arasında baş verən məlum hadisələrə qədər onlar arasında olan əməkdaşlıq əlaqələri tarixdə heç vaxt olmayan pik nöqtəyə çatmışdı: "Lakin baş verən hadisə bu ölkələr arasında münasibətlərə xələl gətirdi. Ümumiyyətlə, hər bir dövlətin özünün maraqları, bu maraqlara yönəlmiş hədəfləri var. Bu hədəflər xüsusilə Rusiya kimi ölkələrdə qonşu dövlətlərə, daha geniş formada, bəzən qlobal proseslərə mənfi təsir göstərə bilir. Lakin bu cür dövlətlər özünün strateji xəttindən, maraqlarından əl çəkmirlər. Bu, adətən iri dövlətlərin siyasətində və fəaliyyətində birmənalı şəkildə özünü göstərir və bundan sonra da göstərəcək".Millət vəkili söyləyib ki, hazırda Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşdırılmasında Azərbaycanın rolu böyükdür: "İki ölkə arasında müşahidə edilən normallaşma təkcə onlar arasında əlaqələrin tənzimlənməsi deyil, eləcə də Azərbaycanın xeyrinə atılan bir addımdır. Çünki burada ölkəmizin özünün maraqları var".

sia.az

Digər xəbərlər