PDF Oxu

Siyasət

  • 18

Politoloq: “ASALA Türkiyəyə qarşı fəaliyyətini davam etdirir” AÇIQLAMA

Politoloq: “ASALA Türkiyəyə qarşı fəaliyyətini davam etdirir” AÇIQLAMA

"Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusunun (ASALA) 1975-ci ildən başlayaraq Türkiyədə və kənarda türkiyəli diplomatlara qarşı çoxlu sayda terror aktları həyata keçiriblər". BunuSİA-ya hərbi politoloq Ramil Məmmədli deyib.Onun sözlərinə görə, son illərdə də dəfələrlə Türkiyədə terror aktları həyata keçirən PKK ilə ASALA-nın birgə fəaliyyəti haqda tez-tez müəyyən məlumatlara rast gəlmişik: "Hətta Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar zamanı da ermənilərin bu ölkəyə qarşı döyüşən terror təşkilatlarında döyüşdüyünün də şahidi olmuşuq. Bütün bu faktlar bizə onu deməyə əsas verir ki, ASALA hələ də Türkiyəyə qarşı fəaliyyətini davam etdirir. Bu əməlini də gizlətmir".O ki qaldı Türkiyədə son 1 ildə baş verən terror aktlarında ASALA-nın roluna, onu deyə bilərəm ki, Türkiyədə baş verən istənilən terror aktında ermənilərin əlinin olması mümkündür.Politoloq əlavə edib ki, Ermənistanın Türkiyəyə qarşı edilən bütün neqativ addımlarda mövqeyi aydındır: "Ermənistan bir dövlət olaraq, öz ana qanunu ilə Türkiyəyə ərazi iddiasındadır. Daşnaksütyun, ASALA və digər erməni terror təşkilatları hər bir zaman Ermənistan dövləti tərəfindən dəstəkləniblər. Bu gün adıçəkilən təşkilatların ofisləri, təlim mərkəzləri Ermənistan ərazisində fəaliyyət göstərir. Dolayısı və bəzən birbaşa Ermənistan bu terror təşkilatına dəstək olur. Hesab edirəm ki, Türkiyə hüquq-mühafizə orqanları bu fakt üzərində də işləməli və Ermənistanın terroru dəstəkləyən dövlət olduğunu dünya ictimaiyyətinə bildirməlidir".

sia.az

Digər xəbərlər