PDF Oxu

Siyasət

  • 23

“Əli Kərimli 5 dollara özünü rekam edən siyasətçidir”AÇIQLAMA

“Əli Kərimli 5 dollara özünü rekam edən siyasətçidir”AÇIQLAMA

"Bəzi müxalifət partiyaları öz varlıqlarını yalnız sosial şəbəkələr vasitəsilə təsdiq etməyə, bu vasitə ilə fəaliyyətdə olduqlarını göstərməyə çalışırlar. Bu nə dərəcədə uğurlu bir fəaliyyət növüdür? -Yay tətilini nəzərə alsaq, siyasi düşərgədə passivliyin olması təbii qarşılanmalıdır. Ancaq ümümilikdə götürdükdə, son parlament seçkilərindən, 2015-ci ildən bu günə kimi bəzi istisnalar olmaqla, ölkənin siyasi həyatında sakitlik hökm sürür". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.Sədr müavinin sözlərinə görə, bu sakitlik əsasən də müxalifət düşərgəsində baş verir: "Sanki, uzun illərdir bu cür davam etməkdədir. Seçki bitdisə, bütün siyasi fəaliyyət yenidən kölgəyə çəkilir və bir müddət seçkidə məğlubiyyətin müzakirəsi aparılır. Təsəvvür edin ki, Azərbaycanda yalnız facebook istifadəçilərinin sayı yüz minlərlədir. Bütün inkişaf etmiş ölkələrdə həm siyasətlə məşğul olan şəxslər, həm də dövlət idarəçiliyini aparan insanlar sosial şəbəkədən geniş istifadə edir. Ancaq bütün fəaliyyətini sosial şəbəkəyə yönəltməyib həm də real siyasətlə məşğul olurlar. Biz də isə bu hal daha çox müşahidə olunur.Siyasi təşkilatların rəhbərləri özlərini blogger və yaxud bütün günü kompüterin qarşısında oturub internet aludəçisi olan yeniyetmə gənc kimi aparır. Bu hal daha çox Əli Kərimliyə aiddir. Hər gün Əli Kərimli facebook da statuslar yazır və bunu Əli Kərimli pullu reklama yönəldir. Əli Kərimli 5 dollar ödəyib öz yazılarını reklam etdirir. Konkret dediyim odur ki, Əli Kərimli artıq 5 dollara özünü rekam edən siyasətçi olub".

sia.az

Digər xəbərlər