"Əli Kərimlinin həbsdə olan öz müavinindən, yəni Fuad Qəhrəmanlıdan üz çevirməsini, ona soyuq yanaşmasını sübut edəcək müşahidəm olmayıb". Bunu SİA-ya Vahid Azərbaycan Partiyasının Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Tural Abbaslı deyib.Komitə sədri bu cür halın baş verməsinə inanmadığını söylədi: "Yəni məndə elə bir məlumat yoxdur. Ancaq inanmıram ki, belə bir hadisə məhz indi baş versin. Çünki həbsdə olan tərəfdardan üz döndərmək uğur gətirməz və əminəm ki, Əli Kərimli də bunu gözəl bilir. İstənilən halda bu AXCP-nin daxili məsələsidir".
sia.az