"Əli Kərimlinin Fuad Qəhramanlıya olan münasibətini AXCP-də olan xəyanət ənənəsi ilə izah etmək lazımdır". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Baş redaktorun sözlərinə görə, Əli Kərimli və onun ətrafinda olan bir neçə şəxs hər nə qədər özlərini siyasi təşkilat kimi təqdim etməyə çalışsalar da cəmiyyət və Azərbaycanın siyasi sistemi onları qəbul etmir: "Bunun da cox ciddi səbəbləri var. Artıq müasir informasiya cəmiyyətində, söz və mətbuat azadlığının mövcud olduğu məkanda heç kəs öz həqiqi kimliyini gizlədə bilmir. Əli Kərimlinin fəaliyyəti və məqsədləri də Azərbaycan xalqının milli maraqları ilə daban-dabana ziddir və bu hamıya bəllidir. Onun faktiki olaraq rəhbərlik etdiyi qəzet ermənipərəst mərkəzlərin ölkəmizdəki təbliğat ruporudur. Aprel hadisələrində də bu qəzet erməni informasiya məkanı üçün mənbə kimi çıxış etdi və xaricdən Azərbaycana ötürülən dezinformasiyaların əsas təbliğatçısı oldu. Bir sözlə bu marginallaşmış qrup bütün hallarda həm bir-birlərinə, həm də ümumi maraqlarımıza xəyanət edir".H.Babaoğlu əlavə edib ki, Əli Kərimlinin Fuad Qəhrəmanlıya olan münasibətini də AXCP də olan bu xəyanət ənənəsi ilə izah etmək lazımdır: "Sıradan çıxan hər şəxs növbəti rəqibin neytrallaşdırılması kimi qiymətləndirilir. Beləliklə xaricdən gələn dəstəkdən pay alanların biri azalmış olur. Bu isə avtomatik olaraq geridə qalanın payının artması deməkdir. Bax AXCP nin gerçək üzü budur".
sia.az