PDF Oxu

Siyasət

  • 20

Elçin Mirzəbəyli: “Xədicə kimilər bolşevik təfəkkürlü insanlardır” AÇIQLAMA

Elçin Mirzəbəyli: “Xədicə kimilər bolşevik təfəkkürlü insanlardır” AÇIQLAMA

"Ümumiyyətlə Xədicə İsmayılova kimi insanlar bolşevik təfəkkürlü insanlardır. Onlar üçün prinsip deyilən şey yoxdur. Bu insanların prinsipləri yalnız ayrı-ayrı ölkələrin maraqlarını ifadə etmək, öz millətinə zərbə vurmaq, ən yaxın dostlarına xəyanət etməkdir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.BAXCP rəsmisinin sözlərinə görə, Xədicəni Azərbaycanda yalnız Əli Kərimli ilə müqayisə etmək olar: "Çünki bütün parametrlərinə görə insanlar sadəcə zahiri görkəmləri ilə fərqlənirlər. Heç bir əsası olmadığı halda X.İsmayılı ən çox müdafiə edən Müsavat partiyası və "Azadlıq" qəzeti idi. Göründüyü kimi Xədicə azadlığa çıxdıqdan sonra da ilk növbədə onları hədəfə alıb. Çünki onun qarşısına qoyulmuş strateji hədəflər məhz ondan ibarətdir. O yenə də öz sifarişçilərinin, o cümlədən də Əli Kərimlinin maraqlarını ifadə edir. Bildiyiniz kimi Müsavat partiyası ilə Əli Kərimli arasında müəyyən danışıqlar başlamışdı. Amma yeni formatın yaradılmasından Əli Kərimli imtina etdi və hesab etdi ki, bu gün Azərbaycanda müxalifət düşərgəsinin mövqelərini ifadə edən yalnız "Milli Şura" var".

sia.az

Digər xəbərlər