PDF Oxu

Siyasət

  • 15

AXCP və Müsavat arasındakı çatlar daha da dərinləşir

AXCP və Müsavat arasındakı çatlar daha da dərinləşir

2013-cü il prezident seçkilərində özünü əsas müxalifət adlandıran partiyaların, bir az da dəqiq desək, bir neçə partiyanın cəm olduğu "Milli Şura"nın ağır məğlubiyyəti həm də müxalifət rəhbərlərinin taleyində qara xətlə cızıldı. Şəxsi ambisiyalarını milli qeyrətdən, vətəndaşlıq borcundan üstün tutan müxalifətin məğlubiyyəti, gözlənilən idi və xalq onlara qəti surətdə yox dedi. Lakin hər şey bununla bitmədi. Təəssüf ki, 25 ildir İsa Qəmbər və Əli Kərimli Azərbaycanda normal müxalifətçiliyin yaranmasına mane olur, insanları siyasi mövqelərinə görə müxalif olmağa deyil, birbaşa dövlətçiliyə düşmən olmağa sövq edirlər. Şübhəsiz ki, bu meyillər, "biz qısa zamanda iqtidarda olacağıq" vədi ilə həyata keçirilən təxribatlar, maliyyə və siyasi mühacir oyunları, xarici kəşfiyyat qurumlarının "donos" aparatına çevrilmək heç kimə başucalığı gətirə bilməzdi. Necə ki, Ə.Kərimlinin də, İ.Qəmbərin də başı uca olmadı. Bu adamalar 2013-cü ilə "Milli Şura" ətrafında birləşdilər. Şəxsi intriqalar onları yenidən ayırdı, bu gün də bir-birilərinə qarşı sırf düşmən mövqedə dayanıblar. Ay İsa və Əli bəylər, bütün xalq yığışıb sizimi barışdırmalıdırlar? Yaş ötüb, müddət, limit bitib... Bəlkə şəxsi intriqalarınızı evinizdə davam etdirəsiniz. M.Ə.Rəsulzadənin, Ə.Elçibəyin şəkli altında sizlər müsavatçılıqla, cəbhəçiliklə məşğul olmur, sırf ailədaxili münaqişələrinizi həll edir, daha sonra yekə bir hesabat yazıb xaricdən qrantlar almırsınızmı? Ayıbdır, ya öz xoşunuzla gedin, ya da çox qısa zamanda, xalq sizləri bu meydandan süpürüb lazım olduğunuz yerlərə atacaq. Tofiq Yaqublunun da AXCP ilə Müsavatı barışdırmaq cəhdləri "fuflo" çıxdı. Eybi yox, onsuz da zamanında keçini keçi ayağından asacaqlar, qoyunu qoyun. T.Yaqublu da tükəndi, Ə.Kərimliyə, İ.Qəmbərə ağız açmaqdan ağzında dili qurudu. Ancaq düşmənçilik, ittihamlar və nifaq səngimədi. T.Yaqublu elan etmişdi ki, bu iki partiya arasındakı əlaqələrin yoluna qoyulması, məsələlərə münasibətdə eyni mövqenin sərgilənməsi üçün əlindən gələni edəcək. T.Yaqublu həm də "Milli Şura"nın üzvü olduğu üçün AXCP ilə müəyyən təmaslarda oldu, əməkdaşlıq və digər mövzularda müzakirələr apardı.

Artıq bu barışıq cəhdləri T.Yaqubluya baha başa gəlib. Necə deyərlər, göz qoşanın gözünü oyurlar. Müsavat başqanının digər müavini Yadigar Sadıqov barışıq cəhdlərini lazımsız addım adlandırır, T.Yaqublunu gərəkli fəaliyyətlə məşğul olmağa çağırır: "Artıq AXCP-Müsavatın danışıqlarına nöqtə qoyulub". O bildirib ki, AXCP Müsavatın əməkdaşlıq təklifini rədd edib. Müsavat mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin abidəsini birgə ziyarət etməklə bağlı təklif irəli sürüb, lakin AXCP bu təklifi də qəbul etməyib. Burada təşəbbüs göstərən Müsavat, deməli, münasibətlərin qurulmasında maraqlıyıq. Qarşı tərəf isə imtina edir. AXCP və digər təşkilatların təmsil olunduğu "Milli Şura" hesab edir ki, qurum, artıq formalaşıb, uğurlu variantdır, birlik istəyənlər də bu təşkilatda fəaliyyət göstərməlidir".

Samir

Digər xəbərlər