Bu gün Varşavada NATO-nun sammiti başlayır.SİA-nın xəbərinə görə, NATO-ya üzv ölkələrin liderlərinin iştirak edəcəyi iki günlük sammitdə təşkilat çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, terrorizmə qarşı mübarizə və digər məsələlər müzakirə ediləcək.ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Varşavada keçirilən NATO sammiti çərçivəsində müzakirə olunacaq.Qeyd edək ki, Varşavada keçiriləcək NATO sammitində 18 prezident, 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə nazirinin iştirakı nəzərdə tutulub.Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün Polşaya işgüzar səfərə gedib.
sia.az