"Bu gün müxalifət liderləri illərdir qazandığı uğursuzluqlarını öz şəxsiyyətlərində və keçmişlərində axtarmalıdırlar. Çünki istənilən binanın bünövrəsi düzgün qoyulmayanda, tikinti başa çatdıqdan sonra binada əyrilik dərhal nəzərə çarpır. Bax, bəzi müxalifət liderlərinin də bünövrəsi belə əyridir. Bu əyrilik zaman-zaman özünü göstərib". Bunu SİA-ya AXCP sədrinin ictimai məsələlər üzrə müavini Ehtiram Mehdiyev deyib.Onun sözlərinə görə, Azərbaycan müxalifətinin davamlı azalmasının başlıca səbəblərindən biri də bünövrə əyriliyi, təcrübəsizlik, fikir ayrılıqları, yeni ideyalara və yeni simalara yol verilməməsidir: "Eyni zamanda onların siyasi proqramları da yoxdur. İllərdir seçkilərdə davamlı uduzurlar. Hətda insanlar da eyni simalara səs verməkdən yorulublar. Bəzən seçkiləri uduzan müxalifət liderləri özlərinin varlığını sübut etmək üçün mitinq taktikasına üstünlük verirlər. Lakin sosial sifariş olmadığından keçirdikləri mitinq uğursuz alınır. Həmin düşərgədə təmsil olunan partiya liderləri və ora toplaşan azsaylı tərəfdarları isə cəmiyyətin gülüş hədəfinə çevrilirlər.Biz bunu ötən ilin mart ayında "Milli Şura"nın mitinqində də şahidi olduq. Keçirdikləri uğursuz mitinqlə sanki cəmiyyətdə elə bir rəy yaratmaq istəyirdilər ki, guya devalivasiya və dünyada baş verən bütün proseslərin səbəbkarı iqtidardır. Devalvasiya isə təbii iqtisadi proses idi. Məgər populist çıxış edən, xalqa yalançı vədlər verən, hadisələrin mahiyyətinə varmayan müxalifət liderləri hakimiyyətdə olsaydılar bu hadislərin qarşısını ala biləcəkdimi? Beynəlxalq proseslərin qarşısını almaq qeyri-mümkündür".E.Mehdiyev əlavə edib ki, çox zaman müxalifət liderləri özlərinin bu passivliyini etiraf edirlər: "Bugünkü müxalifət o qədər passiv və gücsüzdür ki, hətta birlikdə olanda belə, ortaya real güc qoya bilmirlər. Məğlub olduqda isə, bir-birilərini təqsirli bilir, daha sonra təhqir və ittihamlara keçirlər. Çünki ənənəvi müxalifət liderlərinin arasında əhəmiyyətli siyasi təcrübəyə malik biri yoxdur".
sia.az