PDF Oxu

Siyasət

  • 26

Cümşüd Nuriyev: “Bu, Azərbaycanın xarici siyasətinə verilən qiymətdir” AÇIQLAMA

Cümşüd Nuriyev: “Bu, Azərbaycanın xarici siyasətinə verilən qiymətdir” AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağla bağlı yürütdüyü siyasət o qədər doğru və xalqın iradəsinə söykənib ki, artıq ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin bu məsələni həll etmək məcburiyyətində qalıblar". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, dondurulmuş münaqişələr zaman-zaman yenidən qızışanda daha ağır nəticələrə gətirib çıxarır: "ABŞ və Rusiya burada həmsədrdirlər. Hər iki ölkə çalışır ki, Qarabağ məsələsinin həlli onun adı ilə bağlansın. Obama artıq hakimiyyətdən gedir, çünki seçkilərə az bir vaxt qalıb. Rusiya isə hazırda güclənməkdə olan yeni bir güc mərkəzidir. Təbii ki, onlar da istəyir ki, Qarabağ məsələsi onların adı ilə bağlansın. Amma bütün hallarda ATƏT-in həmsədri olan iki böyük dövlətin prezidentlərinin telefon danışıqlarında heç bir böyük olmayan ölkənin probleminin müzakirəyə gəlməsi Azərbaycanın xarici siyasətinə verilən qiymətdir. Ona görə də fikirləşirəm ki, məsələnin həlli artıq gündəmdən çıxan deyil".

sia.az

Digər xəbərlər