"Ümumiyyətə Xədicə, Leyla və Arif yunusların azadlığa çıxdıqdan sonra xaricdə Azərbaycanın nüfuzuna kölgə salması nankorluqdan xəbər verir. Buna başqa ad vermək olmaz". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.MMP sədrinin sözlərinə görə, bu gün Leyla və Arif yunuslar digər insanlara qoşulublar və daha rahat Azərbaycan haqqında çıxışlar edirlər: "Azərbaycan Prezidenti o qədər gözəl bir liderdir ki, hümanist addım ataraq onları əfv etdi. Amma gəlin görün bu kimi insanlar, etnik qruplar bu cür hümanist addıma nə cür qiymət verirlər. Heç şübhəsiz ki, Qərb dövlətlərinin agentura şəbəkələrinə də bu cür insanlar lazımdır. Bu gün ölkədə qarışıqlıq yaratmaq istəyənlərin başında, məhz Leyla Yunus və Arif Yunus dayanıb. Ona görə də Azərbaycanda baş verən bütün neqativ proseslərdə ən başda dayananlardan biri də, məhz Leyla Yunusdur. Yəni bu, hər kəs üçün bəlli olan məsələdir".Hafiz Hacıyev daha öncəki illəri də xatırladaraq bildirib ki, vaxtilə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması prosesində Leyla Yunus bir nömrəli səbəbkarlardan olub.
sia.az