PDF Oxu

Siyasət

  • 21

Səbailli məktəblilər üçün Qusarda yay düşərgəsi yaradılmışdır

Səbailli məktəblilər üçün Qusarda yay düşərgəsi yaradılmışdır

Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili hər zaman Səbail rayon icra hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Keçirilən tədbirlərdən biri də Səbail rayon icra hakimiyyəti ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birgə layihəsi olan Qusar rayonundakı "N" hərbi hissəsində hərbi-vətənpərvərlik təmayüllü "Gənc Heydərçilər" İstirahət Düşərgəsinin yaradılması olmuşdur.

Bütün təşkilati işlər başa çatdırılmış və RİH-də düşərgəyə yola salınacaq uşaqlar, onların valideynləri və orta məktəblərin rəhbərlərinin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov iştirakçıları salamlamış və rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat vermişdir: "Qusar şəhərində təşkil olunan düşərgə artq ənənəvi xarakter daşıyır. Onun fəaliyyəti üçün təşkilatçılar tərəfindən hər cür şərait yaradılmışdır. Bütün bunlar Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün ölkə başçısı Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına yönəldilmiş siyasətin bir hissəsidir".

Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və Müdafiə Nazirliyinin zabitləri, çavuş və əsgərləri məşğul olacaqlar.

Burada uşaqların istirahətinin daha maraqlı və yaddaqalan edilməsi üçün məşğələlər hərbi nizamnaməyə uyğun tərzdə hərbçilər tərəfindən keçiriləcək, şagirdlərin Qusarın görməli yerlərinə, Olimpiya Kompleksinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil olunacaqdır.

Tədbirdə çıxış edən valideynlər yeniyetmələrin mənalı və yaddaqalan yay istirahəti üçün yaradılan şəraitə görə ölkə başçısı Cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Rəfiqə KAMALQIZI

Digər xəbərlər