PDF Oxu

Siyasət

  • 25

Mətbuat Şurası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə konfrans keçirəcək

Mətbuat Şurası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə konfrans keçirəcək

Tədbirdə "Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti" mövzusundakı müsabiqənin qalibləri də mükafatlandırılacaq

İyulun 11-də saat 11.00-da "Holiday İnn" hotelində Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət" mövzusunda konfransı keçiriləcək.

Kütləvi informasiya vasitələrinin rəhbərlərinin, nazir Əbülfəs Qarayev başda olmaqla Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin, Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin, Milli Məclisin deputatlarının qatılacaqları toplantıda medianın turizm mövzusunu işıqlandırması xüsusiyyətləri, mövcud sahədə nəzərəçarpan tendensiya və çatışmazlıqlar, məsələlərə birgə baxış yolları müzakirə ediləcək.

Tədbirdə, həmçinin Mətbuat Şurasının Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdiyi "Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti" mövzusundakı müsabiqənin qalibləri də mükafatlandırılacaq.

Digər xəbərlər