PDF Oxu

Siyasət

  • 15

YAP-dan hərbçilərlə bağlı kampaniya

YAP-dan hərbçilərlə bağlı kampaniya

Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ümumxalq inamının və dəstəyinin əyani ifadəsi olaraq növbəti dəstək aksiyasını həyata keçirmək barədə qərar qəbul edib. SİA-nın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının təşəbbüsü və vəsaiti hesabına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin təşkili kampaniyasına start verilib.Bu ilin aprelində erməni işğalçıları tərəfindən törədilən azğın təxribatların qarşısını igidliklə alan və düşmən həmlələrinə layiqli cavab verən Silahlı Qüvvələrin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahəti Lənkəran rayonu ərazisində yerləşən "Palıdlı sahil" istirahət mərkəzində təşkil edilib. Bu kampaniya mərhələli şəkildə yay mövsümünün sonuna qədər davam edəcək.Yeni Azərbaycan Partiyası tərəfindən atılan bu vətənpərvər addım Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, onun əsgər və zabit heyətinə ümumxalq inamının və dəstəyinin, ordu və xalqın möhkəm birliyinin əyani ifadəsi kimi dəyərləndirilməlidir. Yeni Azərbaycan Partiyası bundan əvvəl də dəfələrlə müxtəlif formalarda, o cümlədən xeyriyyə tədbirləri təşkil etməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna vəsaitlər köçürüb.

sia.az

Digər xəbərlər