Eyni bezin qırağı olan müxalifətin özünə "müxalifətçiyəm" deməsi "ət tökür" desək, yanılmarıq. Çünki nə müxalifətçi kimi "müxalifətçidilər", nə də siyasətçi kimi "siyasətçidirlər". Sual olunur: nə etmisən "müxalifətçi" olmaqla? Zaman-zaman müxtəlif adlar altında birliklər, bloklar və sair formatlar yaratmaq "müxalifətçilik"dirmi? Əslində, yaratdığınız qurumlar da, mahiyyətcə elə köhnə müxalifətin köhnə təfəkkür tərzindən və yarıtmaz yanaşmalarından heç nə ilə fərqlənmir. Çünki bu cür formatların arxasında dayananlar elə ənənəvi, uğursuz müxalifət "liderləridir".
Hətta bunu bacarsalar belə ömrü, uzağı bir-neçə ay çəkir
Bu zaman daha bir sual yaranır: əcəba, müxalifətin zəifliyi, pərakəndəliyi fonunda müxtəlif blok və qurumların yaradılmasına səy göstərilməsi mövcud ağır vəziyyətin düzəldilməsinə nə dərəcədə yardımçı ola bilər? Əslində, bu sualın da cavabı bəsitdir. Məsələn, bu günə qədər müxalifət düşərgəsini təmsil edən qüvvələrin yaratdıqları müxtəlif blok və qurumlar olub. Amma sonradan həmin blok və qurumların dağılmasına və parçalanmasına gətirib çıxarıb. Bunun da səbəbi müxalifət qüvvələrinin bir-birlərini xəyanətdə və satqınlıqda ittiham etməlidir. Satqınlıq və xəyanətin bundan sonra da davam edəcəyi istisna edilməyən müxalifət düşərgəsində hər hansı bir irəliləyişin olması mümkünsüzdür.
Bir sözlə, bu cür dağıdıcı, siyasi düşüncə tərzi sıfıra bərabər olan siyasi fəaliyyətin heç bir perspektivi yoxdur. Ən başlıcası isə, Azərbaycan xalqı müxalifət düşərgəsini təmsil edən qüvvələr tərəfindən aparılan siyasəti dəstəkləmirlər.
Əbəs yerə deyil ki, müxalifətin içərisində olanlar da etiraf edirlər ki, daxili intriqalar və lazım olmayan rəqabət onları ümumi nəticəsizliyə, uğursuzluğa gətirib çıxarır. Çünki xalq yaxşı görür və dərk edir ki, sözdə "müxalifətçiyəm" deyə iddiaya düşənlər reallıqda bu ad altında yalnız öz mənfəətlərini güdən siyasətbazlıqdan uzağa gedə bilməyəcəklər.
RƏFİQƏ