PDF Oxu

Siyasət

  • 23

Millət vəkili: "Lavrov müəyyən təkliflərlə gəlir" AÇIQLAMA

Millət vəkili: "Lavrov müəyyən təkliflərlə gəlir" AÇIQLAMA

"Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri zamanı həm ikitərəfli münasibətlərin çoxlu tərəflərinə, həm də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin dinc yollarla həlli məsələsinə dair geniş müzakirələrin keçiriləcəyi şəksizdir". BunuSİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, təcavüzə məruz qalan və ərazilərinin bir hissəsi işğal edilən ölkə olaraq Azərbaycanın mövqeyi tam aydındır: "Məsələ mərhələlərlə həll edilməli, Ermənistan işğal etdiyi Dağlıq Qarabağ regionunu, ətraf rayonları azad etməli və digər məsələlər öz həllini tapmalıdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da hər halda müəyyən təkliflərlə gəlir. Həmin təkliflərin detalları görüşlərdən sonra açıqlanar. Bu səfər münaqişənin həlli üzrə təşəbbüslərin intensivləşdiyini göstərir və təşəbbüskar onun nəticəsinin olmasına da çalışmalıdır. Əks-təqdirdə Rusiyanın nüfuzuna Ermənistan daha bir zərbə vurmuş olar".Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 11-12-də Azərbaycana işgüzar səfər edəcək. Səfər zamanı ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılacaq.

sia.az

Digər xəbərlər