Prezident İlham Əliyev ən yüksək beynəlxalq tribunalardan tutmuş adi vətəndaşılarla görüşündə də prioritet istiqamət kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini bir nömrəli vəzifə kimi qeyd edir. İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da ölkə başçısı bu məsələni prioritet məsələ kimi təqdim etdi". Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.Politoloqun sözlərinə görə, bu gün Azərbaycan artıq bu münaqişənin həllində diqtə edən tərəf kimi iştirak edir: "Azərbaycanın suverenliyi bütün beynəlxalq sənədlərdə öz əksini tapıb. Bundan başqa işğalçı erməni hərbi korpusu bizim əraziləri qeyri-şərtsiz tərk etməlidirlər, rayonlarımız boşaldılmalı, ərazidə sülh bərqərər olmalıdır. Çünki bundan sonra böyük iqtisadi layihələrin həlli gündəmdə duran məsələdir. Məhz bu Azərbaycanın və onun Prezidentinin prinsipial mövqeyidir".
sia.az