PDF Oxu

Siyasət

  • 21

Politoloq: “Lavrovun təklifi mərhələli həll plan üzərində qurulub” AÇIQLAMA

Politoloq: “Lavrovun təklifi mərhələli həll plan üzərində qurulub” AÇIQLAMA

"Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll variantı ilə razılaşmasının baş çıxış yolu yoxdur. Çünki ATƏT-in Minsk qrupu həmsədrləri də bu variantın tərəfdarıdır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.Onun sözlərinə görə, Rusiya tərəfindən münaqişənin həlli ilə bağlı irəli sürülən təkliflərin də mərhələli həll planı üzərində qurulduğu ehtimal olunur: "Planda əvvəlcə 5, daha sonra 2 rayonun qaytarılması, eləcə də Ermənistanın deblokada olunması və digər məsələlər öz əksini tapıb ki, bu da Rusiya tərəfindən dəstəklənir. Bütün bunlara nəzərə alaraq deyə bilərik ki, Ermənistan mərhələli həll planı ilə razılaşmalıdır. Əks halda, aprel hadisələri təkrarlana bilər ki, bu da Ermənistanın xeyrinə deyil".Münaqişənin bütövlükdə həllinə gəldikdə politoloq söyləyib ki, indiyə qədər belə hala rast gəlinməyib. O qeyd edib ki, bütün münaqişələr mərhələli şəkildə öz həllini tapıb.Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinə toxunan İ. Vəlizadə deyib ki, səfər münaqişənin həllinə müsbət təsir imkanlarına malik ola bilər: "Azərbaycan tərəfinin Rusiyanın XİN başçısının fikirləri ilə qismən də olsa razılaşması onu göstərir ki, Lavrovun təklifi də məhz mərhələli həll plan üzərində qurulub".

sia.az

Digər xəbərlər