Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 47-ci ildönümü münasibətilə Səbail rayonunun idarə və təşkilatlarında, elm və təhsil müəssisələrində çoxsaylı tədbirlər keçirilir.
Tədbirin əvvəlində Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükütla yad olunub.
Səbail rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev tədbirdə çıxış edərək Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi və fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. Qeyd olunub ki, 47 il əvvəl - 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumunda Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilib: "Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlandı. Heydər Əliyevin böyük səyləri, vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək, onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini verdi".
Tədbirdə YAP Səbail rayon təşkilatının aparat rəhbəri Zəfər Bayramov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının sədri İlham Əliyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Ümid Mirzəyev, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, Qarabağ müharibəsi veteranı Yalçın Qocayev, "XXI əsin qadınları İB-nin sədri Mahirə Əmirhüseynova, şairə Ülkər Piriyeva və digərləri çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyində çalışdığı illər ərzindəki fəaliyyəti, gördüyü işlərdən danışaraq vurğulayıblar ki, Səbail rayonunun ağsaqqaları, veteranları, digər ictimai təşkilatların üzvləri ölkə Prezidenti, Ulu Öndərimizin layiqli davamçısı İlham Əliyevin Azərbaycanın inkişaf və tərəqqisinin günbəgün artması, onun qüdrətli və zəngin bir dövlətə çevrilməsi və ən başlıcası itirilmiş torpaqlarımızın geri qaytarılması istiqamətində apardığı işləri bəyənir və bu işlərdə Ona hər zaman dəstək olacaqlar.
R.KAMALQIZI