PDF Oxu

Siyasət

  • 26

"Azərbaycanın siyasi, iqtisadi və hərbi inkişafında Heydər Əliyevin rolu"

"Azərbaycanın siyasi, iqtisadi və hərbi inkişafında Heydər Əliyevin rolu"

Bu mövzuda YAP Masallı rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 47-ci ildönümü ilə bağlı konfrans keçirib

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı aparatında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 47-ci ildönümü ilə əlaqədar "Azərbaycanın siyasi, iqtisadi və hərbi inkişafında Heydər Əliyevin rolu" mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirib ki, 14 iyul Azərbaycan tarixində çox əlamətdar bir gündür: "1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkənin inkişafında, Onun uzun müddət yığılıb qalmış problemlərinin həllində və ən əsası dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtəsi oldu. Bu dövrdə Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri baş verdi. 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə ölkədə 250 yeni müəssisə yaradıldı. Bu isə milyonlarla yeni iş yerləri demək idi. Bir neçə ali, onlarla ixtisas məktəbləri açıldı. Həmin dövrdə Azərbaycanda mənzil fondu, faktiki olaraq 2 dəfə artdı. Bu dövrdə Azərbaycan nəinki SSRİ, hətta dünya miqyasında tanınmağa başladı".

Tədbirdə YAP Masallı rayon təşkilatı gənclər birliyinin sədri Məmmədhüseyn Hüseynov, rayon müharibə, əmək və silahlı qüvvələr veteranları şurasının sədri Məmmədağa Şiriyev, ərazi ilk partiya təşkilat sədrlərindən Vidadi Nəzərov, Cəmaləddin Ağayev, YAP üzvü Əfrail Fərziyev, YAP Masallı rayon təşkilatı qadınlar şurasının sədr müavini Əntiqə Tağıyeva və başqaları çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıblar.

Ü.ƏSGƏROV

Digər xəbərlər