PDF Oxu

Siyasət

  • 23

Ekspert: “Rusiyalı politoloqun fikirlərini ciddiyə almıram”AÇIQLAMA

Ekspert: “Rusiyalı politoloqun fikirlərini ciddiyə almıram”AÇIQLAMA

"Rusiyalı politoloq Sergey Markova Qarabağımızla bağlı səsləndirdiyi hədsiz optimistliyə görə minnətdarlıq edirəm. Amma, bu 20 ildə biz bir dəfə də olsun cənab Markovun təmsil olunduğu ölkənin rəsmi şəxslərinin dilindən eşitməmişik ki, Ermənistan işğalçı ölkədir və bu siyasətindən əl çəkməlidir. Ümumiyyətlə Markovun özü də söylədiyi fikirlərə sadəcə adi söz kimi yanaşır". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.Onun sözlərinə görə, bu illər ərzində bu və digər siyasətçilər, politoloqlar və ekspertlər yüzlərlə belə fikirlər səsləndiriblər: "Amma, ortalıqda heç bir nəticə yoxdur və belə gedişlə heç olmayacaq da. Çox təəssüflənirəm ki, Azərbaycandakı dostlarımız da, xüsusən də mətbuatımız Markovun və digər rus siyasətçilərin fikirlərini elə sevinclə təqdim edirlər ki, sanki nə isə var. Vallah, bu reallıqdan çox uzaq bir vəziyyətdir və hələ bilmək olmaz ki, belə açıqlamaların məqsədi nədir. Şəxsən mən inanmıram və əksinə daxilimdə çox böyük narahatçılıqlar var ki, Ermənistan siyasi-hərbi rəhbərliyi istənilən an regionda sabitliyi poza biləcək radikal addımlar atsınlar.Biz yaxın tariximizdə də belə hadisələrin şahidi olmuşuq və Ermənistan siyasi elitasının gülləbaran olunması da məhz Qarabağla bağlı müəyyən optimizmin yaranması dövrünə təsadüf edib. Bir sözlə, mən Markovun fikirlərini ciddiyə almıram və onun sadəcə "Azərbaycan vətəndaşlarının bu il Qarabağa dağıdılmış evlərə qayıdacağı" ifadəsini də qeyri-ciddi fikir kimi dəyərləndirirəm. Yəqin bu adam kalendarda hansı ayın olmasını unudub. İlin 7 ayı arxada qalıb. Yerdə qalan 5 ay ərzində hansı ildırım sürəti ilə işlər görülməlidir ki, Azərbaycanın haqq işi təkcə mülahizələrlə deyil, praktik baxımdan da mümkün olsun".

sia.az

Digər xəbərlər