"Bu gün artıq birmənalı demək olar ki, ABŞ konqresmeni Kristofer Smit Azərbaycan dövlətinə və onun xalqına nifrət edir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, may ayında cənab Prezidentin əfv sərəncamı oldu və bundan öncə İnsan Hüquqlarına dair İşçi Qrupu öz fəaliyyətini bərpa etmişdi: "Bu qurumda ölkənin dövlət nümayəndələri ilə yanaşı əsas aparıcı vətəndaş cəmiyyətinin nümayəndləri təmsil olunurlar. Prezident humanizm prinsiplərinə söykənərək bu addımı atdı. May ayından öncə həmin bu Kristofer Smit Azərbaycanda Leyla və Arif Yunusun, Xədicə İsmayılın, İntiqam Əliyevin , Anar Məmmədlinin və digərlərinin həbsdə olmasını bəhanə gətirərək Azərbaycanın əleyhinə qanun layihəsi hazırlayıb Konqresə təqdim etmişdi. Bu gün isə bu adamların heç biri həbsdə deyil.Artıq bir neçə aydır ki, həmin bu şəxslər azadlıqda gəzir. Elə bu səbəbdən açıq demək olarki Kristofer Smit üçün bu adamlar sadəcə bir bəhanə imiş. Dediyim kimi, bu adamın Azərbaycan dövlətinə nifrəti var. Bütün bunları onu deməyə əsas verir ki, bu adam birbaşa ABŞ-da fəaliyyət göstərən güclü erməni diasporası ilə sıx bağlıdır və bu səbəbdən də Azərbaycana yönəlik fəaliyyət göstərməkdədir. Artıq bu adam Azərbaycana qarşı öz çirkin niyyətini ortaya qoymaqdadır".
sia.az