"Rəsul Quliyevlə Əli İnsanovun birliyinin yaranacağı inandırıcı görünmür. Bu, ancaq onların arzusu ola bilər". Bunu SİA-ya millət vəkili Tahir Kərimli deyib.Onun sözlərinə görə, nə Rəsul Quliyev, nə də Əli İnsanov tərəfindən bu cür şəxsi bəyanatlar olmayıb: "Bu baxımdan da, bu birlik kimi məsələlərin gündəmə gəlməsi müxalifətin versiyasıdır. Digər tərəfdən isə tutalım ki, Rəsul Quliyev ilə Əli İnsanovun belə bir birliyi yarandı. Onda o birlik nə verəcək? İndiki vaxtda sosial bazası olmayan hər hansı bir qüvvə uğur qazana bilməz. Çünki bu günə qədər bu qüvvələr hər hansı bir ideya ilə çıxış etməyiblər və bundan sonra da edə bilməzlər. Bir sözlə, ağlı başında olan insanlar heç vaxt bunların arxasınca getməz".
sia.az