PDF Oxu

Siyasət

  • 29

Təhsil Nazirliyi yay məktəbi layihəsinə start verdi

Təhsil Nazirliyi yay məktəbi layihəsinə start verdi

"Azərbaycan üçün öyrət" layihəsi ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil platformasıdır

Dünən "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində yay məktəbinə start verilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, "Kapital Bank"ın əməkdaşları, millət vəkilləri, layihənin tərəfdaş qurumlarının nümayəndələri iştirak ediblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır.

Millət vəkilləri Hadı Rəcəbli, Vahid Əhmədov layihənin keçirilməsini yüksək qiymətləndirərək, iştirakçılara uğurlar arzulayıblar.

"Təhsil avtobusu" yay məktəbi layihəsi Bakı, Lənkəran, Quba, Şəki və Gəncə şəhərlərini əhatə edən təhsil marafonudur. Layihə çərçivəsində tanınmış ictimai şəxslərin iştirakı ilə ölkənin 5 bölgəsində akademik göstəriciləri zəif olan məktəblərin şagirdləri üçün hər biri 2 gün olmaqla yay məktəbi təşkil olunacaq.

İyulun 21-dək davam edəcək layihə müddətində şagirdlər intellektual yarışlarda və fərdi inkişaf təlimlərində iştirak edəcək.

NƏZAKƏT

Digər xəbərlər