PDF Oxu

Siyasət

  • 11

"Dini ekstremizmə qarşı mübarizə"

"Dini ekstremizmə qarşı mübarizə"

Bu mövzuda Yasamal rayonunda seminar-müşavirə keçirilib

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yasamal rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini ekstremizmə qarşı mübarizə" mövzusunda seminar-müşavirə keçirilib.

Tədbiri giriş sözü ilə açan Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev bu cür tədbirlərin keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycandakı multikultural mühitin bütün dünya üçün örnək olduğunu bildirib. Dövlət Komitəsinin sədr müavini vurğulayıb ki, tolerantlıq milli mənsubiyyətindən, dinindən asılı olmayaraq, hər bir azərbaycanlının həyat tərzinə çevrilib. S.Heydərov bəzi Şərq ölkələrində baş verən münaqişələrə diqqəti çəkərək, təəssüflə bildirib ki, bəzi qüvvələr tərəfindən din amilindən geosiyasi maraqlar üçün istifadə edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan "Fitnə" sənədli filmi barədə də məlumat verən S.Heydərov bildirib ki, bu film dini radikalizmlə mübarizə çərçivəsində radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərini özündə əks etdirir.

Daha sonra çıxış edən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov son illərdə respublikamızda keçirilən tədbirlərdə ayr-ayrı xalqların nümayəndələrinin iştirakını tolerantlıq nümunəsi kimi dəyərləndirib.

Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev dini radikalizm və onun fəsadlarından, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı pozuculuq fəaliyyətlərinin qarşısının alınması istiqamətində görülən işlərdən danışaraq, qeyd edib ki, vətəndaşlarımızı, xüsusilə də gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti cəmiyyətin üzərinə düşür. Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov dövlətin gənclərə diqqət və qayğısından danışıb.

Qeyd edək ki, müşavirədən öncə "Fitnə" filmi Yasamal rayon ictimiayyətinə təqdim olunub.

NƏZAKƏT

Digər xəbərlər