YAP Şəmkir rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsinin 47 illiyinə həsr olunmuş tədbir keçirib
YAP Şəmkir rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsinin 47 illiyinə həsr olunmuş tədbir keçirib. YAP Şəmkir rayon təşkilatının inzibati binasının akt zalında keçirilən tədbiri YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Ulu Öndərin fəaliyyəti dövründə gördüyü işlər, Onun hakimiyyətə gəlişi ilə ölkəmizdə baş verən dəyişikliklərdən söz açıb. F.Vəliyev bildirib ki, 1969-cu ildə Heydər Əliyev rəhbər seçiləndə Azərbaycan o zamankı SSRİ-nin ən geridə qalmış respublikası idi: "1971-ci ildə isə Azərbaycan inkişaf sürətinə görə SSRİ-də ən qabaqcıl bir respublikaya çevrildi. Əlbəttə, mənəviyyatı, mənəvi-psixoloji mühiti, insana münasibəti dəyişmədən, insanın həm cəmiyyətə, həm də ölkəyə və rəhbərliyə münasibətini dəyişmədən bu qədər sürətli inkişafı təmin etmək mümkün olmazdı. Ona görə də Heydər Əliyev 47 il bundan əvvəl Azərbaycana rəhbər seçiləndə, qarşıda başlıca vəzifə kimi, ilk növbədə, Azərbaycan xalqının mənəviyyatının, mənəvi dəyərlərinin, ölkənin mənəvi-psixoloji mühitinin ciddi surətdə dəyişdirilməsi dururdu. Ulu Öndər Heydər Əliyev qətiyyətli və enerjili olduğu üçün bu işlər uğurla həyata keçirildi".
Tədbirdə Şəmkir rayon təhsil şöbəsinin müdiri, YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Məcid Şıxlıniski, rayon mərkəzi xəstəxanası ilk partiya təşkilatının sədri Abdulla Rzayev, rayonun Heydər Əliyev Mərkəzinin direktor müavini Fəxri Yusibov, Şəmkir rayon poliklinika ilk partiya təşkilatının sədri Arif Sadıqov, Dağ-Cəyir kənd orta məktəbinin direktoru, YAP fəalı Famil Həmidov, Sabirkənd kənd tam orta məktəbinin direktoru Müqabil Yolçuyev və başqaları Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə respublikaya rəhbərlik etməyə başladığı zaman Azərbaycanın iqtisadi cəhətdən inkişaf edən respublika kimi tanındığını qeyd ediblər. Çıxış edənlər vurğulayıblar ki, bu gün Ulu Öndərin uğurlu siyasəti Onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
A.SƏMƏDOVA
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...