PDF Oxu

Siyasət

  • 19

Jurnalistlər üçün “Elmi təbliğ edək!” mövzusunda yay məktəbi təşkil olunub

Jurnalistlər üçün “Elmi təbliğ edək!” mövzusunda yay məktəbi təşkil olunub

İyulun 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında AMEA rəyasət heyəti aparatının ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin (İƏEPİ) təşkilatçılığı ilə "Science Activity-2016" yay məktəbi təşkil olunub.AZƏRTAC xəbər verir ki, Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün "Elmi təbliğ edək!" devizi altında keçirilən yay məktəbində ölkənin tanınmış media orqanlarının nümayəndələri iştirak edirlər. Tədbirin məqsədi AMEA-nın fəaliyyətinin və elmin kütləvi təbliği işində səmərəliliyi artırmaq, akademiya ilə əməkdaşlıq edən jurnalistləri bu işə daha da stimullaşdırmaqdır.Yay məktəbinin açılış mərasimində İƏEPİ-nin rəisi Zülfüqar Fərzəliyev Azərbaycan mətbuatının keçdiyi tarixi və şərəfli yoldan, onun inkişafının yeni mərhələsindən və mətbuata göstərilən davamlı dövlət qayğısından danışıb. AMEA-nın və Azərbaycan elminin sürətli inkişafını xatırladan Z.Fərzəliyev ölkə vətəndaşları tərəfindən bunun yüksək rəğbətlə qarşılandığını vurğulayıb. Bildirilib ki, akademiyada həyata keçirilən islahatlar bu qurumun sosial-iqtisadi inkişafına, alimlərimizin elmi göstəricilərinin yüksəldilməsinə zəmin yaradır.Digər çıxış edənlər də layihənin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.Təlim çərçivəsində yay məktəbinin iştirakçıları rəsədxanadakı elmi mərkəzlə tanış olacaqlar.

AZƏRTAC

Digər xəbərlər