PDF Oxu

Siyasət

  • 36

Elmar Məmmədyarov: “Ermənistan əsgərləri təmas xəttində qaldıqca, bu cür xoşagəlməz hadisələr baş verməyə davam edəcək” AÇIQLAMA

Elmar Məmmədyarov: “Ermənistan əsgərləri təmas xəttində qaldıqca, bu cür xoşagəlməz hadisələr baş verməyə davam edəcək” AÇIQLAMA

"Ermənistan əsgərləri təmas xəttində qaldıqca, bu cür xoşagəlməz hadisələr baş verməyə davam edəcək". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında sualları cavablandırarkən deyib. O bildirib ki, Ermənistan yenə təmas xəttində təxribatlar törətməyə çalışır: "Təmas xəttində baş verən hadisələrə son qoymaq üçün diplomatik vasitələrdən istifadə etmək lazımdır. Çünki baş verən xoşagəlməz hadisələr göstərir ki, danışıqların intensivləşməsini istəməyən qüvvələr mövcuddur. Ermənistan əsgərləri təmas xəttində qaldıqca, bu cür xoşagəlməz hadisələr baş verməyə davam edəcək. Türkiyəli həmkarımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti ilə bağlı məlumatlandırmışam. Hesab edirik ki, Minsk Qrupunun üzvü olan Türkiyəni bu barədə məlumatlandırmalı idik. İnanıram ki, danışıqların intensiv şəkildə davam etdirilməsi nəyəsə nail olmağa imkan verəcək".Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu da mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin tərəfdarıyıq: "Aprel hadisələrinin təkrarlanmaması vacibdir. Ziyan çəkən Ermənistan olur. Biz bunu aprel əməliyyatlarında gördük. Həmişə demişik və bir daha deyirəm ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində atılan müsbət addımları dəstəkləyirik. Bunu Soçidə Rusiyanın xarici işlər naziri Sergey Lavrova da bildirmişəm".

M. Çavuşoğlu Rusiya ilə münasibətlərin normallaşdırılmasında roluna görə Azərbaycana bir daha təşəkkürlərini ifadə edib. O qeyd edib ki, Türkiyə-Rusiya münasibətlərinin istiləşməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək.

sia.az

Digər xəbərlər