PDF Oxu

Siyasət

  • 32

Müharibə ola bilərmi?

Müharibə ola bilərmi?

Elçin Mirzəbəyli: "Azərbaycan hərbi əməliyyatlara başlayarsa, Ermənistan olduqca acınacaqlı bir duruma düşəcək"

İstər ATƏT-in Minsk Qrupunun həmsədrləri, istərsə də regiona səfər edən Con Kerri, Sergey Lavrov və digərləri Dağlıq Qarabağ münaqişəsinin həllinə çox yaxın olduqlarını bildirilər. Amma konket detallar açıqlanmır. Səbəbini nə ilə izah etmək olar? Politoloq Elçin Mirzəbəyli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məqamların açıqlanması danışıqlar prosesinə zərbə vura və müəyyən razılaşmaları şübhə altına ala bilər: "Bu baxımdan da, "məlum tələblər" deyəndə Sergey Lavrov məhz bu amilləri nəzərdə tutmuşdur. Demək olar ki, hələ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesdə ciddi irəliləyiş baş vermir. Əgər münaqişə ilə bağlı hər hansı bir ciddi irəliləyiş baş versəydi, ATƏT-in həmsədri olan ölkələrin təmsilçilərinin dilindən bu istiqamətdə daha ümidverici bəyanatların səsləndirdiyinin şahidi ola bilərdik".

Politoloqun sözlərinə görə, daha öncələr prosesdə dinamikanın baş verdiyi dövrlər olub: "Vaxtilə Dmitri Medvedev Rusiya prezidenti olduğu zamanlar bu proses daha dinamik şəkildə inkişaf edirdi və Dağlıq Qarabağ münaqişəsinin qısa bir zamanda həll olunacaqını bildirmişdilər. O zaman ümidverici bəyanatlar qabarıq şəkildə səsləndirilirdi. Amma detallar barədə isə açıqlamalar verilmirdi. İndiki şəraitdə danışıqların ATƏT-in yenilənmiş Madrid prinsipləri əsasında aparıldığı deyilir. Əgər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində irəliləyiş olarsa, məqamlar mütləq açıqlanacaq. Ümumiyyətlə, bu günə qədər Azərbaycan torpaqlarının işğal altında qalmasının və Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəbi dünya birliyinin nümayiş etdirdiyi ikili standartlarıdır".

"Erməni kəşfiyyatının komandiri Vova Vardanov iddia edir ki, payızda qısamüdətli müharibə baş verəcək və Azərbaycan bunun üçün ciddi hazırlıqlara başlayıb. Doğurdanmı belə bir vəziyyət yarana bilər" sualına cavab olaraq, politoloq bildirdi ki, Ermənistan tərəfinin mütəmadi olaraq bu cür bir açıqlamalar verməsinin iki əsas səbəbi var: "Birinci səbəb aprel hadisələrindən sonra Ermənistan cəmiyyətində yaranan xofdur. Bu psixoloji təzyiq Ermənistan ekspertlərinin, o cümlədən də, Azərbaycanın ərazilərinin işğalında iştirak etmiş insanların psixologiyasına ciddi təsir göstərir və onları belə açıqlamaların verməyə məcbur edir. İkincisi faktor isə bu açıqlamalar Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün müvafiq addımlar ata biləcəyi ehtimalını işğalçı ölkə olan Ermənistanı himayə edən qüvvələrə çatdırılması ilə bağlıdır. Yəni ermənilər demək istəyirlər ki, Azərbaycan hərbi əməliyyatlara başlayarsa, Ermənistan olduqca acınacaqlı bir duruma düşəcək".

GÜLYANƏ

Digər xəbərlər