PDF Oxu

Siyasət

  • 22

Azərbaycan multikulturalizmi beynəlxalq ictimaiyyətin gözü ilə

Azərbaycan multikulturalizmi beynəlxalq ictimaiyyətin gözü ilə

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranmasından iki ildən artıq vaxt keçir. Bu müddət ərzində BBMM ölkə başçısının bu istiqamətdə qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı mühüm layihələr həyata keçirib və keçirməkdə davam edir.

Mərkəzin hazırda Almaniya, Portuqaliya, Rusiya, Qazaxıstan, İtaliya, İsrail və Moldovada rəsmi filiallarının yaradılmasını, qurumun "Azərbaycan multikulturalizmi" fənninin xaricdə və ölkə universitetlərində tədrisi" layihəsi çərçivəsində hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında bu fənnin tədrisini, eləcə də mərkəzin, mütəmadi olaraq təşkil etdiyi Beynəlxalq Multikulturalizm Mərkəzinin qış və yay məktəblərini, xüsusilə qeyd etmək lazımdır.

Bu gün "Azərbaycan multikulturalizmi" doktorluq dissertasiyalarının, müxtəlif elmi araşdırmaların, ədəbi və fəlsəfi esselerin mövzusuna çevrilib. İndiyədək bununla bağlı BBMM-ə 120-dən artıq elmi-fəlsəfi, ədəbi-bədii material daxil olub. Belçikanın Leuven Katolik Universitetinin kanadalı doktorantı Mark Vonsun "Multikulturalizm yol ayırıcında: Kanada və Qərb üçün Azərbaycan dərsləri" mövzusunda yazdığı doktorluq dissertasiyasında adıçəkilən hər iki ölkənin multikultural durumunu müqayisəli şəkildə araşdırılıb. Kanadada etnik azlıqların özünüidarə hüquqlarını əldə etdikləri doğru olsa da, onlar hər zaman uyğunlaşmaya malik olmadıqları üçün aydın şəkildə dövlət tərəfindən müəyyənləşdirilir və təyin edilir. Kanadada yerli xalqların Azərbaycandakı əksər icmalardan daha kiçik olduğu doğru olsa da, biz sərvətlərini və sabitliyi nəzərə alaraq, Kanadadan daha çox şey gözləməliyik. Əslində isə, biz Azərbaycanın bu sahədə daha çox iş gördüyünün şahidiyik".

Cənubi Koreyanın Ulsan Milli Universitetinin tələbəsi, qanalı Dadzi Akrasi Azərbaycandakı multikultural durumu doğma vətəni Qanadakı vəziyyətlə müqayisəli şəkildə belə ifadə edib: "Qana, planetdə mədəni cəhətdən ən çox müxtəlifliklərə malik ölkələrdən biridir. Onun 27 milyon əhalisi var. Qanada başqa mədəni müxtəlifliklərə görə fərqlənən qruplardan başqa, yüzdən artıq etnik qrup və 250 dil və dialekt var. Multikulturalizmin Azərbaycan modeli ilə müqayisədə, Qananın multikulturalizm modeli dövlət, qanunlar və strategiyaların köməyi olmadan insanların özlərindən yaşca kiçiklərə multikultural bir millət kimi yetişməyi öyrətmələrindən ibarətdir. Bu, hökumət müdaxiləsi və dünyanın başqa yerlərindən olan cəhdlər tələb etməyən çox təbii bir prosesdir. Bir çoxları Qanaya onun multikulturalizminə görə öz rəğbətlərini bildirir və buna görə də bu ölkə "Afrikanın qapısı", eləcə də "Afrikada oyun meydançası" ləqəblərini qazanıb.

İngiltərənin Mançester Universitetinin tələbəsi, Sinqapur vətəndaşı Anginn Mayın yazdığı essedə vurğulanır ki, Azərbaycanın çətin dövrlərdən keçmiş tarixi fonunda multikulturalizmin təhlili, xüsusilə əhəmiyyətlidir: "Tarixən ən güclü imperialist qüvvələrin diqqət mərkəzində olan və əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan etnik münaqişələrin mövcud olduğu bir ölkəyə çevrilə bilərdi. Lakin Azərbaycanda multikulturalizmin inkişafı sayəsində, bu cür münaqişələrin baş verməsi mümkün olmadı. Məhz bu səbəbdən, multikulturalizmin Azərbaycan modeli olduqca uğurludur və digər ölkələrin əksəriyyətinə mükəmməl nümunə kimi təqdim oluna bilər. Müasir Azərbaycan mədəniyyəti yeni və inteqrasiya edilmiş mədəniyyətdir".

Bu elmi işlərdə və esselərdə ifadə olunan rəylər və fikirlər Prezident İlham Əliyevin Azərbaycan multikulturalizminin dünyada tanıdılması, təbliği və təşviqi istiqamətində müəyyənləşdirdiyi hədəflərin gerçəkləşdiyinin göstəricisidir.

NƏZAKƏT

Digər xəbərlər