"Türkiyədə hərbi yolla dövlət çevrilişinə cəhd bu ölkəyə böyük ziyan vurdu. Türkiyə yenicə Rusiya və İsraillə münasibətləri normallaşdırmışdı. Oraya turist axını da qaydasına düşmüşdü, iqtisadiyyat dirçəlməyə başlamışdı. Bu hərbi çevriliş cəhdi yenə qorxu yaratdı və Rusiya təyyarələrini turistləri geri qaytarmaq üçün göndərdi". BunuSİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.O qeyd edib ki, turistlərin qayıtmasının qarşısını almaq mümkün olsa da, bu hadisə digər ölkələrdə də panika yaradıb: "Türkiyədə hərbi yolla dövlət çevrilişinə cəhd Almaniyada da panika yaratdı. XXI əsrdə hərbi çevriliş ağlabatmazdır. Belə yolla hakimiyyəti dəyişmək mümkün deyil. Hakimiyyəti dəyişməyin demokratik yolları var".Politoloq bildirib ki, bu hadisə ilə Türkiyə ordusunun imicinə xələl gətirilməsinə çalışılıb: "Xalq ayağa qalxdı və qiyamçıları tərkisilah etdi. Onlar həbs edildilər. Xalqın nə demək olduğu bir daha başa düşüldü".Q.Hüseynli vurğulayıb ki, Azərbaycan Prezidenti bu hadisələrdə Türkiyənin demokratik hakimiyyətinə və xalqına dəstək olduğunu çox gözəl şəkildə nümayiş etdirdi: "Prezidentimizin Türkiyəyə dəstəyi iki xalq arasında qırılmaz tellərin olduğunu bir daha göstərdi. Bundan sonra da əlaqələrimiz sürətlə inkişaf edəcək".
sia.az