PDF Oxu

Siyasət

  • 31

"Ermənistanda baş verənlər münaqişənin həllinə müsbət təsir edəcək" ŞƏRH

"Ermənistanda baş verənlər münaqişənin həllinə müsbət təsir edəcək" ŞƏRH

Ermənistanda baş verənlərin çevrilişlə nəticələnməsi o qədər də inandırıcı görünmür. Lakin baş verənlər Serj Sarkisyanın yarıtmaz siyasətinin nəticəsidir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, Ermənistanda polisi əsir götürüb, polkovniki ələ keçirənlərin əsas tələbi dövlət çevrilişinə cəhd adı ilə tutulan Jirayr Səfilyanın azad edilməsidir: "O, Qarabağ döyüşlərində fəal iştirak edən silahlı dəstə başçısıdır. Son hadisələr göstərir ki, Ermənistanda bu proses davam edə bilər. Ümumiyyətlə, silahlıların hakimiyyətə gəlməsi üçün basqın və terrordan istifadə etmək ermənilərə xas olan məsələdir. Lakin bu hadisələrin coğrafiyası genişlənə bilər. Əgər belə olarsa, o zaman Ermənistanda hakimiyyət dəyişikliyi baş verə bilər".Düşmən ölkədə baş verənlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirinə gəlincə C. Nuriyev söyləyib ki, Ermənistandakı məlum hadisələr problemin həllinə müsbət təsir edə bilər: "Azərbaycanın Dağlıq Qarabağla bağlı xarici siyasəti artıq dəyişməz müstəviyə keçib. Ölkə Prezidentinin münaqişənin həlli istiqamətində aparıdığı xarici siyasətdə siyasi iradə ortaya qoyması və dönməzliyi problemin müsbət həllinə istiqamətlənib. Ölkə Başçısı bildirib ki, Azərbaycaın ərazi bütövlüyü çərçivəsində istənilən məsələ müzakirə edilə bilər. Artıq ABŞ-ın dövlət katibi Con Kerri, eləcə də Rusiyanın XİN başçısı Sergey Lavrov da Bakıya səfərindən sonra bu kimi ciddi bəyanatlar verdi. Ermənistanda baş verən istənilən qarşıdurma da Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcək. Çünki bu, Ermənistan və Dağlıq Qarabağ klanının bir araya gəlməsinin qarşısını alır. Bu baxımdan düşmən ölkədə baş verənləri müsbət qiymətləndirmək lazımdı. Hazırki prosesləri münaqişənin tezliklə Azərbaycanın ərazi bütvlüyü çərçivəsində həll edilməsinə xidmət edən siyasi addım hesab etmək olar ".

sia.az

Digər xəbərlər